“Sevilya”dan növbəti transfer
İspaniyanın “Sevilya” klubu İngiltərə təmsilçisi “Brayton”un futbolçusu Valentin Barkonu icarə əsasında heyətinə qatıb.
Komanda.az xəbər verir ki, 20 yaşlı müdafiəçi mövsümün sonuna qədər andalusiyalıların şərəfini qoruyacaq.
Argentina millisinin heyətinə də dəvət alan Barko 2024-cü ildə “Brayton”un heyətində 6 görüşdə meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin