“Kimmix Almaniya millisinin kapitanı rolu üçün idealdır” – Keçmiş futbolçu

“Liverpul”un keçmiş futbolçusu Ditmar Hamann Almaniya millisinin yeni kapitanı olmalı olan futbolçunun adını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Bayern”in müdafiəçisi Coşua Kimmixin millinin yeni kapitanı olmalı olduğunu deyib:

“Kimmix kapitan sarğısını almasa, təəccüblənəcəm. O, tez-tez tənqid olunur. Buna baxmayaraq, Kimmix həmişə start heyətində oynayır. Düşünürəm ki, o, Almaniya millisinin kapitanı rolu üçün idealdır”.

29 yaşlı Kimmix 2016-cı ildən Almaniya millisində oynayır. O, milli komandada 87 oyun keçirib və 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button