Qasperini narazıdır

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini klubun transfer bazarındakı çıxışından razı deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu PSJ-yə keçmək niyyətində olan Ademola Lukmanı itirmək riski daşıyır. Bu vəziyyət Qasperinini qəzəbləndirib.

“Atalanta”nın çalışdırıcısı hesab edir ki, Ten Kopmeynersin məsələsində klub daha tez hərəkət etməli idi. Mövsüm artıq başlayıb və niderlandlı yarımmüdafiəçi hələ də özünün “Yuventus”a keçidinin baş tutmasını gözləyir.

Qasperininin “Atalanta” ilə müqaviləsi gələn yaya qədərdir. 66 yaşlı mütəxəssis ötən il Səudiyyə Ərəbistanından gələn sərfəli təklifdən imtina edib və bir neçə ay əvvəl İngiltərədə işləmək imkanına “yox” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button