“Barselona” rəsmisi ispan futbolçu üçün Almaniyaya gedib
“Barselona”nın idman direktoru Deku, ispaniyalı futbolçu Dani Olmonun transferi ilə bağlı danışıqlar aparmaq üçün Almaniyaya gedib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı funksioner “Leyptsiq”lə təzminatın məbləği, həmçinin bonuslar və ödənişlərin strukturu ilə bağlı razılaşmaq istəyir.
“Leyptsiq”in Olmonu 60 milyon avroya buraxacağı bildirilirdi. “Barselona” almanların tələblərini təmin etməyə hazırdır, lakin Kataloniya klubu bu məbləğin bir hissəsini gələcəkdə bonuslar şəklində vermək istəyir.
26 yaşlı yarımmüdafiəçi “Barselona”ya keçməyə açıqdır, baxmayaraq ki, “Bayern” də onun xidmətində maraqlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin