“Mən kiməm ki, belə futbolçunun çıxışını şərh edim?!” – Qattuzo
Cennaro Qattuzonun baş məşqçisi olduğu “Hayduk” mövsümdə ilk qələbəsini qazanıb. Bunda mühüm rolu “Barselona”nın keçmiş futbolçusu 36 yaşlı İvan Rakitiç oynayıb.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, Xorvatiya klubunun italiyalı çalışdırıcısı Rakitiçin oyunundan razı qaldığını bildirib:
“Rakitiçin oyunundan razıyam. Mən kiməm ki, belə futbolçunun çıxışını şərh edim?! Onun arxasında şərəfli karyera var. O, məşq etdi, hazırlaşdı və düzgün oynadı”.
Qattuzo iyun ayından “Hayduk”a rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin