“Yuventus” braziliyalı futbolçu ilə müqaviləni uzadır

“Yuventus”un müdafiəçisi Qleyson Bremer klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Komanda.az “La Gazzetta dello Sports”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni müqaviləni bu gün imzalamalıdır.

Bremerin yeni müqaviləsində artıq təzminat məbləği olmayacaq. “Liverpul” 27 yaşlı müdafiəçinin xidmətində maraqlı olsa da, mersisaydlılar müqaviləni razılaşdıra bilməyiblər.

Bremer 2022-ci ilin yayında təxminən 40 milyon avro təzminat qarşılığında “Torino”dan “Yuventus”a keçib. Turin klubu onun transferi uğrunda mübarizədə “İnter”ə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button