Məsiyev İsveç klubunun oyununa təyinat alıb
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Yurqorden” (İsveç) – “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Oyun avqustun 15-də Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin