“Barselona”nın indi əsas hədəfi odur
“Atletik”in vingeri Niko Uilyamsın “Barselona”ya transferi təhlükə altındadır.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Kataloniya klubu bununla əlaqədar diqqətini başqa bir ispaniyalıya – Dani Olmoya çevirmək qərarına gəlib. O, “Barsa” rəhbərliyinin əsas hədəfinə çevrilib.
Kataloniyalılar 26 yaşlı futbolçunun pulunu hissə-hissə ödəmək üçün “Leyptsiq”lə razılaşmaq istəyirlər. Yarımmüdafiəçinin transfer dəyəri 60 milyon avro qiymətləndirilir. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Olmo İspaniya millisinin heyətində Avropa çempionu olub. Almaniyada keçirilən turnirdə ispanlar finalda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin