“İnter” adı MY ilə hallanan futbolçu ilə müqavilə müddətini uzadacaq

“İnter” müdafiəçi Denzel Dumfrislə müqavilə müddətinin uzadılması ilə bağlı razılığa gəlib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, söhbət dörd mövsümlük – 2028-ci ilin ortalarına qədər olan müqavilədən gedir. Müqavilə imzalansa, Dumfrisin maaşı mövsümə 4 milyon avro olacaq.

Eyni zamanda, “Mançester Yunayted”in hələ də təslim olmadığı qeyd edilir. İngiltərə klubu 28 yaşlı Dumfrisi çoxdan öz sıralarında görmək istəyir.

Niderlandlı futbolçu PSV-dən keçdikdən sonra – 2021-ci ilin yayından “İnter”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button