“Boka Xuniors”a qayıtmaq və Dibalanı özümlə aparmaq istəyirəm”
“Roma”nın yarımmüdafiəçisi Leandro Paredes “Boka Xuniors”a qayıtmaq istəyir.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu həmyerlisi Paulo Dibalanı da Argentinanın top-klubunda ona qoşulmağa razı salmağı planlaşdırır.
“Boka Xuniors”a qayıtmaq və Dibalanı özümlə aparmaq istəyirəm. O, bu çılğınlıqla razılaşarsa, yaxşı olar”.
Dibala və Paredes “Roma”da komanda yoldaşıdır. Argentinalı futbolçuların paytaxt klubu ilə müqavilələri gələn ilin yayında başa çatır.
Paredes ötən mövsüm A Seriyasında 34 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Dibala 28 matçda 13 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin