Ferqyusonun komandası at almaq üzrə dünya rekorduna imza atıb

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson milli yarış üçün at almaq üzrə dünya rekorduna imza atan komandanın bir hissəsidir.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssisin komandası hərracda qalib gələrək atı 660 min funt-sterlinqə alıb. Bu, milli yarış atları üçün dünya rekordudur. Bundan əvvəl ən bahalı at 633 min funta alınıb.

Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. Bu müddət ərzində “qırmızı şeytanlar” 13 Premyer Liqa və 2 Çempionlar Liqası da daxil olmaqla çoxlu sayda kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button