“Barselona” milli komandanın üzvünə 6 illik müqavilə təklif edib
“Barselona” Dani Olmoya 6 illik müqavilə təklif edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun agentləri ilə danışıqlar aparılır.
Olmo Almaniyanın “Leyptsiq” klubunun formasını geyinir. 26 yaşlı yarımmüdafiəçi 2020-ci ildən Bundesliqa təmsilçisində çıxış edir.
İspaniya yığması ilə AÇ-2024-ün qalibi olan futbolçu ötən mövsüm Bundesliqada meydana çıxdığı 25 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin