Qvardiola İspaniya millisinin üzvünü komandasında görmək istəyir

İspaniya millisinin və Almaniyanın “Leyptsiq” klubunun yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ispaniyalı futbolçunun transferi ilə maraqlanır.

Olmonu bu yay 60 milyon avroya transfer etmək olar. Bu şərt iyulun 15-dək etibarlıdır.

26 yaşlı yarımmüdafiəçinin “Leyptsiq”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, Bundesliqanın son movsümündə 21 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Olmo hazırda AÇ-2024-də İspaniya millisində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button