“Əcnəbi futbolçular bizim oyunçulardan daha yaxşıdır” – İtaliyalı məşqçi

“Marsel”in baş məşqçisi Roberto de Zerbi İtaliya yığmasının Avropa çempionatındakı uğursuz çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis uğursuzluğun bir çox səbəblərinin olduğunu bildirib:

“Uğursuzluğun bir çox səbəbi var. İtaliyada az sayda ulduz futbolçu oynayır. A Seriyasında daha çox əcnəbi oyunçu var və məlum olur ki, onlar bizim futbolçulardan yaxşıdır. Buna görə də, milli komanda bunun bədəlini ödəyir”.

İtaliya millisi Avropa çempionatında mübarizəni 1/8 final mərhələsində başa vurub. Luçano Spalettinin yetirmələri pley-off mərhələsində İsveçrə millisinə 0:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button