“Zirə”nin “Şerif”lə matçlarının yeri və saatı müəyyənləşdi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq “Zirə”nin oyunların başlama saatı və yeri müəyyənləşib. 

Komanda.az xəbər verir ki, ilk oyun iyulun 11-də Moldovada keçiriləcək.

Görüş “Şerif”in arenasında baş tutacaq və oyuna saat 21:00-da start veriləcək. 

Cavab matçı isə iyulun 18-də Bakıdakı “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button