MY rəhbərliyi Ten Haqa qəzəblənib

“Mançester Yunayted”in rəhbərliyi jurnalistlərlə söhbətində klubla əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışan baş məşqçi Erik ten Haqa qəzəblənib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı müsahibəsində klub sahiblərinin danışıqlar üçün onun evinə gəldiklərini bildirib.

Onlar açıq şəkildə Ten Haqa onu əvəz edə biləcək başqa mütəxəssislərlə danışıqlar apardıqlarını bildiriblər. 54 yaşlı mütəxəssisin “qırmızı şeytanlar”la hazırkı müqaviləsi gələn ilin ortalarına qədərdir.

“Mançester Yunayted” ötən mövsüm Premyer Liqada zəif çıxış edərək, turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button