AÇ-2024: Albaniya cərimə olundu

UEFA Albaniya milli komandasını cərimələyib.

Komanda.az xəbər verir ki, UEFA, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda İtaliya ilə matçda alban azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəzası tədbiq edib.

Meydançaya yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, oyun zamanı azarkeşin meydançaya daxil olması və təxribat xarakterli mesajlar nümayiş etdirməsi səbəbindən Albaniya 37,3 min avro məbləğində cərimələnib.

İtaliya millisi Albaniyanı 2:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button