Azərbaycanlı şahmatçı Fransa çempionu olub

Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.

Komanda.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Rauf Məmmədovun heyətində çıxış etdiyi “Çartres Eçecs” 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

29 xal toplayan “Biskviller” ikinci, 27 xala malik “Asnieres le Grand Ekiquer” komandası üçüncü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button