“Qarabağ” Lunyovla yollarını ayırdı

“Qarabağ” qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button