Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, ilk oyununda Belçika komandası ilə üz-üzə gələn yığma 3:0 hesablı qələbə qazanıb.

Yığmanın heyətində 25+1-ci və 35-ci dəqiqələrdə Vüsal İsayev dubl edib. Digər qolu isə Samir Həmzəyev 39-cu dəqiqədə rəqib qapısından keçirib.

Elşad Quliyevin yetirmələri iyunun 3-də İtaliya, bir gün sonra Fransa yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button