Sabiq “Qalatasaray”lı Avstraliya klubunda

“Qalatasaray”ın sabiq futbolçusu Cem Karacan karyerasını Avstraliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Avstraliya 1-ci liqa təmsilçisi “Sentral Kost Mariners” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karacanla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Karyerası ərzində “Bornmut”, “Qalatasaray”, “Bursaspor”, “Bolton”, “Ridinq” kimi klublarda forma geyinən Karacan, yeni klubuna azad agent kimi keçib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button