“Neftçi”nin potensial rəqibi yeni transferini “qocaltdı” FOTO
“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi olan Rusiyanın “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Tula təmsilçisi Kiprin “Pafos” klubundan Aleksandr Dovbnyanı transfer edib. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Arsenal” yeni müdafiəçinin keçidini maraqlı şəkildə açıqlayıb. Belə ki, Tula təmsilçisi, yeni transferi son günlərdə sosial şəbəkədə populyar olan “FaceApp” proqramı ilə tanıdıb.
“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldova “Speranta”sını keçsə, 2-ci mərhələdə “Arsenal”la qarşılaşacaq. Bakı klubu ilk matçda “Speranta”nı 3:0 hesabıyla məğlub edib.
Bizi Facebook-da izləyin