AFFA “İmişli”nin futbolçusunu 5 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi 1-ci Liqada çıxış edən “İmişli” klubunun futbolçusu Qilyerme Silvanı 5 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna braziliyalı müdafiəçinin 26-cı turda “Araz Saatlı” ilə matçda (1:2) etdiyi xoşagəlməz hərəkət səbəb olub.
O, təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurmağa cəhd edib və bu səbəbdən 4 oyunluq cəza alıb. Aprelin 17-də verilən 3 aylıq sınaq müddəti başa çatmayan Silva növbəti dəfə qırmızı vərəqə gördüyü üçün həmin tarixdəki 1 matçlıq şərti cəza əlavə edilib. “İmişli” klubu legionerə görə 300 manat cərimələnib.
“Araz Saatlı”ya isə 70 manat cərimə kəsilib. Buna komadanın 4 futbolçusunun sözügedən qarşılaşmda sarı vərəqə alması səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin