Fransanı İngiltərəyə dəyişə bilər – PSJ-nin futbolçusu

“Aston Villa” yayda PSJ-nin yarımmüdafiəçisini sıralarına qata bilər. 

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu 2022-ci ilin yayından Paris komandasında çıxış edən Karlos Solerin transferi ilə bağlı danışıqlarda irəliləyir. “Aston Villa” bir neçə aydır ki, bu müqavilə üzərində işləyir.

Soler özü İngiltərə Premyer Liqasına keçmək və Unay Emerinin rəhbərliyi altında işləmək istəyir. 27 yaşlı futbolçu sabit oyun təcrübəsi əldə etmək niyyətindədir. 

Soler bu mövsüm 22 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button