Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi
Ukraynanın “Aleksandriya” klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Makedoniyanın “Borets” klubu ilə üz-üzə gəlib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. “Aleksandriya” ilk yarıda təyin olunan penaltidən maksimum yararlanmaqla bu oyundan 1:0 hesabıyla qalib ayrılıb.
Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin