“Turan Tovuz”un müdafiəçisi üçün mövsüm bitdi
“Turan Tovuz”un futbolçusu Roderik Miller üçün mövsüm başa çatıb.
Komanda.az xəbər verir ki, buna AFFA İntizam Komitəsinin panamalı müdafiəçini 4 oyunluq cəzalandırması səbəb olub.
32 yaşlı oyunçu “Zirə”yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın 33-cü turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Tovuz təmsilçisi Millerin bu hərəkəti ucbatından 3000 min manat cərimələnib.
“Zirə” isə 700 manat ziyana düşüb. Paytaxt klubunun 5 oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin