Ayaz Quliyev mövsümün ilk matçında oynamadı
Futbol üzrə Rusiya Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da ilk matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Soçi” ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin