Klopp Salah haqda: “Artıq mənim problemim deyil”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın gələcəyi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, bu barədə danışmamalı olduğunu bildirib:
“Artıq mənim problemim deyil. Düşünürəm ki, bu barədə danışmamalıyam, çünki qərarı başqaları verəcək. İlk növbədə, Salah özü qərar verəcək”.
Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacaq.
Salah cari mövsümdə bütün turnirlərdə 41 matçda iştirak edib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib. 31 yaşlı misirli futbolçunun “Liverpul”la müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin