“Real”ın qapıçısı Premyer Liqaya üz tuta bilər

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin klubla müqaviləsini yeniləməyəcək.

Komanda.az “Todofichajesin”-ə istinadən xəbər verir ki, “kral klubu” uğurlu mövsümdən sonra futbolçu ilə əməkdaşlığı davam etdirmək istəyir. Lakin Lunin özü Tibo Kurtuanın kölgəsində qalmaq istəmir.

Lunin karyerasını İngiltərədə davam etdirə bilər. “Mançester Yunayted”in ukraynalı qolkiperə iddialı olduğu bildirilir. “Qırmızı şeytanlar” onu Andre Onananın əvəzləyicisi kimi nəzərdən keçirir. Potensial transferin dəyəri 35 milyon avro qiymətləndirilir.

25 yaşlı Lunin İspaniya çempionatının cari mövsümündə keçirdiyi 20 oyunda 13 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button