“Turan Tovuz” üçün ilk

“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində ilk dəfə evdə böyük hesabla uduzub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 31-ci turunun “Sumqayıt”la görüşündə qeydə alınıb.

Qonaqlar bu matçda 4:1 hesablı qələbə qazanıblar.

Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıb. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənib.

Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi kimi düşüb. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button