Messini cinə, şeytana bənzətdilər

“Monterrey” komandasının köməkçi məşqçisi Niko Sançes KONKAKAF Çempionlar Kubokunun 1/4 finalından (2:1) sonra “İnter Mayami”nin hücumçusu Lionel Messini təhqir edib.

Matçın sonunda “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino, Messi, Luis Suares və Xordi Alba da daxil olmaqla, rəqib futbolçularla yanaşı, hakim Valter Lopezdən narazılığını bildirib. “İnter Mayami”nin futbolçuları “Monterrey”in baş məşqçisi Fernando Ortizlə də mübahisə ediblər.

Komanda.az xəbər verir ki, Niko Sançesin münaqişəyə reaksiyasının səs yazısı dərc edilib. Səs yazısının mətn stenoqramını İngiltərənin “The Guardian” nəşri təqdim edib:

“Cırtdan cinə dönmüşdü, onun üzü şeytan idi. Yumruğunu üzümə tərəf tutub dedi: “Sən özünü kim hesab edirsən?” Amma mən ona baxmadığım üçün vəziyyət daha da pisləşdi. Bu yazıq, axmaq Martino mənim qarşımda dayandı və dedi: “Ağlayacaqsan, axmaq? Ağlayacaqsan, axmaq? Çox güman ki, bütün bu videoları siliblər, çünki onlar sadəcə olaraq qorxulu görünürlər. Bu, həqiqətən də ciddi idi”.

Messi keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 20 matçda iştirak edib, 17 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədərdir.

“İnter Mayami” aprelin 14-də MLS-də “Sportinq Kanzas Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button