“Verder”in futbolçusu “Frayburq”a keçdi – Rəsmi

“Verder”in “Haydenhaym”a icarəyə verdiyi vingeri Eren Dinkçi “Frayburq”la müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı türk əsilli almaniyalı futbolçu ilə müqavilənin şərtləri açıqlanmayıb.

“Transfermarkt” portalı futbolçunun transferini 5 milyon avro qiymətləndirir.

Dinkçi bu mövsüm 27 matça çıxıb, 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button