Poçettino zədəli futbolçu haqda: “Bu, çox acınacaqlı vəziyyətdir”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın yeni futbolçusu, belçikalı yarımmüdafiəçi Romeo Lavianın zədəsinin təkrarlanmasına münasibət bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, argentinalı məşqçi belçikalı futbolçuya mümkün qədər kömək edəcəklərini bildirib:

“Mən həkim olmadığım üçün onun zədəsini ətraflı izah edə bilmərəm. Aydınlaşdırmaq üçün ən vacib şey odur ki, o, 9 ay ərzində yalnız bir neçə həftə bizimlə məşq etdi. Komanda ilə məşqlərə başlayandan sonra ciddi zədə aldı. Daha sonra məşqlərə qayıtdı və hazır idi, buna görə də “Kristal Pelas”la matçda oynadı. Amma yenidən zədələndi və hələ də məşqlərə qayıtmayıb. Bu, çox acınacaqlı vəziyyətdir. Biz ona mümkün qədər kömək edəcəyik”.

Keçən ilin oktyabrında futbolçu ayaq biləyindən aldığı zədənin təkrarlanması ilə üzləşmişdi və bu səbəbdən, dekabrın sonuna kimi yaşıl meydanlardan kənarda qalmışdı. Bundan əvvəl Lavia sentyabrın ortalarında topuğunu zədələmişdi. Ümumilikdə o, bu mövsüm “Çelsi”də rəsmi oyunlarda 32 dəqiqə meydanda olub.

Belçikalı yarımmüdafiəçi keçən yay “Sauthempton”dan 62 milyon avroya transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button