“Barselona”nın Xaviylə bağlı müraciəti rədd edildi

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi “Barselona”nın baş məşqçisi Xavinin iki oyunluq diskvalifikasiyasını qüvvədə saxlamağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Xavi martın 17-də “Atletiko” ilə oyunda (3:0) davranışına görə La Liqada iki oyunluq cəzalandırılmışdı. İspaniya çempionatının 29-cu turunun matçında hakimlə mübahisə etdiyi üçün mütəxəssis iki dəfə xəbərdarlıqdan sonra meydandan qovulub. Daha sonra “Barselona” hakimin qərarından apellyasiya şikayəti versə də, komitə bunu rədd edib.

Xavi “Las Palmas”la (30 mart), eləcə də “Kadis”lə (13 aprel) oyunları buraxacaq və aprelin 21-də “Real”la matçda iş başında olacaq.

“Barselona” İspaniya çempionatının turnir cədvəlində 64 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button