“Qarabağ” AÇ-2024-ə vəsiqə qazanmış futbolçusunu təbrik etdi

“Qarabağ”ın legioneri Luka Quqeşaşvilinin şərəfini qoruduğu Gürcüstan millisi Avropa çempionatına vəsiqə qazanıb. 

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi gürcü futbolçunu bu münasibətlə təbrik edib:

“Təbriklər, Luka!

Futbolçumuz Luka Quqeşaşvilinin çıxış etdiyi Gürcüstan yığması Avropa çempionatına vəsiqə uğrunda pley-offun finalında Yunanıstanla qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qələbə qazanmış Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib”.

Gürcüstan millisi pley-off görüşündə Yunanıstanı penaltilər seriyasında məğlub edərək Almaniyada keçiriləcək qitənin əsas turnirinə yollanıb. Qonşu ölkə millisi AÇ-2024-də Portuqaliya, Türkiyə və Çexiya ilə birlikdə F qrupunda yer alacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button