Haland “Barselona”ya keçməyə hazır imiş
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland 2022-ci ilin yayında “Barselona”ya keçməyə razılaşsa da, Kataloniya klubunun maliyyə problemləri səbəbindən transfer baş tutmayıb.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.
“Barselona”nın Halandın nümayəndələri ilə ilk danışıqları 2021-ci ilin aprelində başlayıb. Bir neçə ay sonra, 2021-ci ilin yayında Lionel Messi “Barsa”dan ayrılanda norveçli forvard 2022-ci ildə Kataloniya klubuna keçməyə razılıq verib. Haland “Barselona”nın onun üçün planlarından çox həvəslənib, lakin katalonların maliyyə problemləri üzündən razılaşma uğursuz olub.
Norveçli hücumçu bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun MS ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin