Azərbaycan millisinin “sükan”ı rusiyalı məşqçiyə tapşırıla bilər
Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov Azərbaycan millisinin baş məşqçi postuna namizədlər arasındadır.
Komanda.az Rusiyanın “Çempionat” portalına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis AFFA-nın qısa siyahısında yer alıb. Çerçesov milli komandanın baş məşqçisi vəzifəsinə üç namizəddən biridir.
Rusiyalı həmkarlarımızın iddiasına görə, Çerçesova təklif hələ ki, gəlməyib.
Rusiyalı mütəxəssis daha əvvəl “Spartak”(Moskva), “Jemçujina”, “Terek”(indiki “Axmat”), “Amkar”, “Dinamo”(Moskva), “Legiya”, “Ferentsvaroş” komandalarını çalışdırıb. O, həmçinin 2016-2021-ci illərdə Rusiya millisinə rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin