“Sevinməyin vaxtıdır!” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Napoli” üzərində qazanılan qələbəni (3:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın çox yaxşı çıxış etdiyini bildirib:
“Əla matç idi. Komandam meydanı tamamilə viran qoydu. Biz bütün gücümüzü ortaya qoyduq. Oyunun çox hissəsində üstünlük təşkil etdik və mən oyunçularımla həqiqətən fəxr edirəm. Vəzifəmi tərk etmək qərarımı elan edəndə hamıya bu komandanın daha da güclənəcəyini söylədim. Sevinməyin vaxtıdır!
Məqsədimiz aqressiv oynamaqdır: topla və topsuz. “Napoli” praktiki olaraq bir dənə də əks-hücum keçirmədi. Düşünürəm ki, bu matçda əla oynadıq”.
İlk görüş heç-heçə başa çatıb (1:1). Bu oyundan sonra “Barselona” 1/4 finala yüksəlib.
Bizi Facebook-da izləyin