Tuxel tezliklə istefaya göndərilə bilər
“Bayern”in baş məşqçisi Tomas Tuxel tezliklə Münhen komandasını tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin gələcəyi Çempionlar Liqasının 1/8 finalında “Latsio” ilə cavab oyunundan asılıdır. Münhenlilər Çempionlar Liqasından kənarlaşdırılsa, Tuxel mütləq öz postunu tərk edəcək. “Bayern”in sahiblərinin mövsümün sonuna qədər baş məşqçi dəyişikliyinə hazır olacağı gözlənilir.
50 yaşlı mütəxəssis 2023-cü ilin martından “Bayern”ə rəhbərlik edir. O, 2022/2023 mövsümündə Almaniya klubu ilə Bundesliqanın qalibi olub. Baş məşqçi ilə 2025-ci ilin iyun ayına qədər olan müqaviləyə bu yay xitam veriləcək.
Almaniya çempionatının 24 turundan sonra “Bayern” 54 xal toplayıb və lider “Bayer”dən 10 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin