
“Fənərbaxça”nın transfer siyahısı: 4 məşhur futbolçunun adı var
“Fənərbaxça” yay transfer dövründə heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubunun transfer siyahısında bir sıra tanınmış futbolçular yer alıb. Klubun maraq dairəsində Hakan Çalhanoğlu (“İnter”), Luis Suares (“İnter Mayami”), Meyson Qrinvud (“Marsel”) və Merih Demiralın (“Əl-Əhli”) olduğu bildirilir.
Bununla belə, adıçəkilən futbolçuların transferinin reallaşıb-reallaşmayacağı klubda keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq.
“Fənərbaxça” 2025/26 mövsümündə Türkiyə çempionatını 74 xalla 2-ci pillədə başa vurub. İstanbul təmsilçisi çempion “Qalatasaray”dan üç xal geri qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



