“Mançester Siti” Halanda görə narahat deyil

“Mançester Siti” rəhbərliyi hücumçu Erlinq Halandın komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə ciddi yanaşmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu norveçli futbolçunun komandada qalmaq niyyətində olduğuna əmindir. Haland hazırda dünyanın ən güclü klublarından birində çıxış etdiyini düşünür və komandadan ayrılmağı planlaşdırmır.

25 yaşlı hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 52 oyunda 38 qol vurub və 9 məhsuldar ötürmə edib. Onu “şəhərlilər”lə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button