“Ola bilsin ki, “Latsio” ilə matçda ən yaxşı oyunumuzu göstərəcəyik”
“Bayern”in baş məşqçisi Tomas Tuxel martın 5-də “Latsio” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis intizamlı olmalı olduqlarını bildirib:
“Uzun müddətdir ki, eniş-yoxuşlarımız olub. Ona görə də, ola bilsin ki, “Latsio” ilə matçda ən yaxşı oyunumuzu göstərəcəyik. Biz daha yaxşı nəticə əldə etməliyik, bunun üçün intizamlı olmalı və plana əməl etməyə hazır olmalıyıq. Biz hazırlaşacağıq, pozitiv əhval-ruhiyyədə olacağıq”.
“Bayern” – “Latsio” matçı Münhendəki “Alyans Arena” stadionunda keçiriləcək. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İtaliya təmsilçisi Münhen klubuna 1:0 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin