“Barselona” Dani Alveşi “sildi”
“Barselona” klubu rəsmi saytındakı “əfsanələr” bölməsindən komandanın keçmiş müdafiəçisi Dani Alveşin profilini silib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, buna səbəb Alveşin həbsidir.
Alveş 2023-cü il yanvarın 20-də İspaniyada cinsi təcavüzlə bağlı saxlanılıb. O, həmin vaxtdan bəri həbsdədir. Alveş ona qarşı irəli sürülən ittihamları rədd edib.
Bu il fevralın 22-də Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Braziliyalı keçmiş futbolçu 2008-2016, 2021-2022-ci illərdə “Barselona”da çıxış edib. O, Kataloniya klubu ilə 6 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu və 4 dəfə superkuboku, 3 dəfə Çempionlar Liqasını və UEFA superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin