Azər Əliyev oynadı, “Ufa” çexlərə uduzdu

Rusiyanın “Ufa” klubu Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Çexiya klubunun fasilədən dərhal sonra vurduğu qol “Ufa”nın 0:1 hesablı məğlubiyyətinə gətirib çıxarıb.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button