“Liverpul”un futbolçusu sıradan çıxıb

“Liverpul”un hücumçusu Dioqo Jota zədələnib. 

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 25-ci turunun “Brentford”la matçında (4:1) sıradan çıxıb və meydanı xərəkdə tərk edib.

27 yaşlı hücumçu artıq tibbi müayinədən keçib. İngiltərə mətbuatı forvardın sol dizində zədə aşkarlandığını və onun 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.

Jota bu mövsüm “Liverpul”da 28 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button