“Əlimizə düşən fürsətlərdən istifadə edə bildik” – “Sabah”ın məşqçisi
“Sabah”ın məşqçisi Ruslan Qafitullin Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Oyun çox maraqlı və dinamik şəkildə keçdi. Matçı üç hissəyə bölmək olar. Birinci hissədə “Kəpəz” daha aktiv idi. Hiss edirdik ki, uşaqlarda yorğunluq var. Amma buna baxmayaraq, oyunu bərabərləşdirdik. Əlimizə düşən fürsətlərdən istifadə edə bildik.
Həftəlik tsikldə məşqlərdə kimin özünü yaxşı göstərdiyinə baxırıq. Bundan sonra qərar veririk. Çox şadam ki, bu gün Xəyal Əliyev kimi futbolçuya şans verdik. Xəyal da bu şansdan istifadə edə bildi. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə necə olacağını deyə bilmərəm. Çempionat uzundur. Bütün futbolçulara şans verilir. Kimin özünü necə göstərməsinə görə komandanı formalaşdırırıq. 4 oyuna 15 qol buraxmaq pis göstəricidir. Amma unutmayın ki, 3 oyunu “Qarabağ”la oynamışıq”.
Bizi Facebook-da izləyin