“Futbolçular bu matça yaxşı motivasiya olmuşdular” – “Sabah”ın məşqçisi

“Sabah”ın məşqçisi Ruslan Qafitullin Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunundan (4:3, ilk oyun 1:7) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“İlk oyundakı böyük hesablı məğlubiyyətə baxmayaraq, futbolçular bu matça yaxşı motivasiya olmuşdular. Rəqibi meydanın mərkəzində qarşılayıb, əks-hücumlarda fərqlənməyə çalışdıq. Bu, oyunun bəzi anlarında alındı, bəzən isə yox. Yol verdiyimiz səhvlərin üzərində çalışmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button