“Heyətimizi heç bir şəkildə zəiflətməyəcəyik” – “Barselona” rəsmisi

“Barselona”nın idman direktoru Deku müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Frenki de Yonqun komandanı tərk edə biləcəyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi bu futbolçularla yollarını ayırmağın böyük səhv ola biləcəyini bildirib:

“Biz yayda bir dənə də olsun əsas oyunçu satmaq istəməzdik. Arauxo və Frenki de Yonqla yolları ayırmaq qərarı böyük səhv ola bilər. Heyətimizi təkmilləşdirmək istərdik, amma heç bir şəkildə zəiflətməyəcəyik”.

Arauxo bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 25 oyun keçirib və 1 qol vurub. 

De Yonq isə bütün turnirlərdə 22 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button