Ayaz Quliyevin komandası darmadağına sevindi
Rusiyanın “Spartak” (Moskva) klubu Avstriya toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi bu komanda Macarıstanın “Dyor ETO” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Ayazın komandasının qələbəsiylə yekunlaşıb – 3:0.
Quliyev də bu matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Spartak” daha öncə Avstriyada Rusiya Premyer Liqasının digər təmsilçisi “Rostov”la (1:1) və Moskva ÇSKA-sı ilə (3:1) qarşılaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin