“Qarabağ”dan Çexiya klubu ilə heç-heçə
“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Ağdam klubu Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə qarşılaşacaq. Oyun saat 19:00-da start götürəcək.
Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub. Rumıniyanın “Universitatya” klubu ilə heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri son olaraq Rusiya “Ufa”sına 2:1 hesabıyla qalib gəlib.
Yoxlama oyunu
2 iyul
Qarabağ – Viktoriya (Plzen, Çexiya) 2:2
Qol: Mahir Emreli, 42; 52.
Qarabağ: 1. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Bizi Facebook-da izləyin